Bu gün evində cəsədi tapılan Rusiyanın tanınmış aparıcısı Boris Notkinin özünü öldürdüyü məlum olub.
Teleqraf.com-un xəbərinə görə, həyat yoldaşı onun cəsədinin yanında silah aşkar edib. O da məlum olub ki, Boris Notkin intihar etməzdən əvvəl məktub yazıb.
O, məktibda bu sözləri yazıb: "Mən həyatdan könüllü şəkildə gedirəm. Əzablardan yorulmuşam".
Qeyd edək ki, tanınmış aparıcı xeyli vaxtdır xərçəng xəstəliyindən əziyyət çəkirdi.