12 Noyabr 2017 10:28
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Vaşinqtondakı səfirliyi açıqlama yayaraq Ankaranın FETÖ rəhbəri Fətullah Güləni hüquqi yollardan kənar Amerikadan çıxarmaq istəməsinə dair iddiaların yalan olduğunu bildirib.

Teleqraf.com-un məlumatına görə, cümə günü “Wall Street Journal” qəzeti iddia edib ki, amerikalı general Maykl Flinn və generalın oğlu ilə bəzi Türkiyə rəsmiləri arasında Fətullah Gülənin 15 milyon dollar qarşılığında ABŞ-dan çıxarılması ilə bağlı razılıq əldə edilib.

Qəzet iddia edib ki, Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi məsələsini araşdıran xüsusi prokuror Robert Müller bu məsələni də araşdırır.

Vaşinqtondakı Türkiyə səfirliyi isə açıqlamada bildirib ki, Türkiyə Fətullah Gülənin ekstradisiyasına nail olmaq üçün hüquqi yollara baş vurur:

“Bu məsələdə hüquqdan kənar yolların axtarılmasına dair iddialar gülünc və əsassızdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər