31 İyul 2014 13:53
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq və Suriyada qətliamlar törədən “İraq Şam İslam Dövləti”nin (İŞİD) istifadə etdiyi bayrağın emblemindən istifadə edən Xəzinədar İslami Araşdırma Dərnəyi (HİSADER) bağlanıb.


Məlumata görə, dərnək bölgədə yaşayan gənclərin Suriyadakı müharibəyə göndərilməsi və terror təşkilatlarına qoşulması kimi işlərlə məşğul olub.

Türkiyədə fəaliyyət göstərən dərnəyin başçısı Volkan Sağlam isə dərnəklərinə böhtan atıldığını deyib:

“İyunda dərnəyimizə əsassız böhtanlar atdılar, Allahın köməkliyi ilə dik dayanaraq bütün şər-böhtana gözəl şəkildə cavab verdik. Əməyi keçən bütün müsəlmanlardan Allah razı olsun. Amma bu söz-söhbətlər tükənmək bilmir. Hər hansı bir müsəlmanın teli bizim üçün 10 dənə HİSADER-dən daha qiymətlidir”.

Dərnək başçısı sözlərinə belə davam edib: “Hal-hazırda heç bir iş görmürük. HİSADER bağlanıb, fəaliyyətimiz dayanıb”.

/axar.az/


Müəllif: