22 Noyabr 2017 19:51
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Trampın Asiya ölkələrinə səfəri zamanı onun hərbi personalının üç əməkdaşı qadınlarla danışdıqları üçün vəzifələrindən kənarlaşdırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Vaşinqton Post"a etibarlı mənbə bildirib.

Tramp Vyetnmda olarkən küçəyə çıxma qadağası olan üç hərbçi qaydaları pozublar. Hərbçilər Ağ Evdəki görəvlərindən uzaqlaşdırılmaqla bərabər, barələrində araşdırma aparılır.

Pentaqonun sözçüsü Mark Vrayt faktı təsdiqləyib.

Xatırladaq ki, 2012-ci ildə Barak Obamanın Kolumbiya səfəri zamanı məxfi idarənin 13 əməkdaşı otelə seks xidmətçilərini dəvət etdikləri üçün vəzifələrindən uzaqlaşdırılmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər