İraq dövləti Kərkükdən Ceyhana neft boru xətti inşa etməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb.
Xəbərə görə, yeni neft boru xətti Kərkük və Ceyhan arasındakı olan və zədələnən boru xəttinin əvəzinə tikiləcək. Beləcə yeni boru xətti Baiji bölgəsindən başlayaraq Türkiyə sərhəddində Fişhabur bölgəsinə qədər uzanacaq.
Qeyd edək ki, bununla da Şimali İraq Kürd Muxtariyyətinin iştirakı olmadan İraq Türkiyəyə Kərkük neftni ixrac edə biləcək. Noyabrın əvvəllərin bir qrup türk mütəxəssis Bağdada səfər edərək İraq neft şirkəti ilə danışıqlar aparmışdı.
Əlavə edək ki, rəsmi Bağdad Şimali İraq Kürd Muxtariyyətini divara sıxdıqdan sonra İranla neft müqaviləsi imzalayıb. Görünən budur ki, Türkiyə ilə də anoloji müqavilə imzalanacaq. Bununla da, İraq hökuməti kürd referendumu məsələsində ona dəstək verən Tehran və Ankaranın yaxşılığının əvəzini çıxmış olacaq.