Ötən həftə Soçidə rusiyalı həmkarı Vladimir Putinlə bir araya gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kremlin sözçüsü Dmitri Peskovla zarafat edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Ərdoğan türkcə mükəmməl bilən Peskova ingiliscə müraciət edib: “Peskov, how are you?” (Peskov, necəsən?)
Peksov isə cavabında türkcə “Xoş gəldiniz” deyib.
Ərdoğan daha sonra səhvini anlayıb: “Mən niyə ingiliscə danışıram?!”
Qeyd edək ki, ixtisasca şərqşünas olan Peskov müxtəlif dövrlərdə Rusiyanın Türkiyədəki səfirliyində çalışıb.