Yaponiya imperatoru Akixito taxtını 2019-cu il aprelin 30-da 57 yaşlı oğlu Naruxitoya təhvil verəcək.
Teleqraf.com xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən 83 yaşlı Akixito son iki əsrdə postundan könüllü gedən ilk yapon imperatorudur.
Sonuncu dəfə 1817-ci ildə imperator Kukaku öz istəyi ilə taxt-tacdan əl çəkmişdi. Yaponiyada iki min ildir Krizantem taxt-tacı atadan oğula ötürülür.