3 Dekabr 2017 13:41
1 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fətullahçı terror təşkilatının "Dəniz qüvvələrinin imamı" olduğu deyilən Asim ləqəbli Aygün Sarsmazelsoy həbs edilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Sarsmazelsoy İstanbuldakı evində yaxalanıb.

Onun bir müddət əvvəl FETÖ-nün hərbi məktəblərindən birində dərs dediyi bildirilib.

Bundan başqa, məlumatlarda Sarsmazelsoyun təşkilatın lideri Fətullah Gülənə yaxın olduğu qeyd edilib.
Saxlanılan zaman Sarsmazelsoy saxta pasportunu təqdim edib. Saxta sənəddə onun adı Mustafa Şişman kimi təqdim edilib.


Müəllif: Samir