ABŞ prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunun (FTB) sabiq rəhbəri Ceyms Komeyin Hillari Klintonla bağlı araşdırmalarını "saxta və yalan təhqiqat" adlandırıb.
Teleqraf.com xəbər verir ki, Tramp Tvitterdə Komeyin təhqiqatının saxta olduğunu deyib. Eyni zamanda bildirib ki, Komey təhlükəsizlik üzrə sabiq müşaviri Maykl Flinnlə bağlı araşdırmanı davam etdirməlidir.
Tramp bildirib ki, Klintonun xüsusi elektron poçt hesabından şəxsi məqsədlər üçün istifadəsini araşdıran müstəntiq Strzokunun fəaliyyəti araşdırılır: "Strzok araşdırma apararkən Klintonun pulları başqa bir FTB agentinin xanımına gedirdi".
Prezident sabiq agent Peter Strzokun məqsədli şəkildə Hillari Klintonla bağlı araşdırmadan uzaqlaşdırılıdğını qeyd edib.
Peter Strzok Trampla əlaqəli mesajları araşdıran zaman Rusiyanın ABŞ-ın seçki prosesinə müdaxiləsini araşdıran Robert Mueller tərəfindən vəzifəsindən azad edilmişdi.
Həmşinin Strzok Klintonun işini araşdırarkan başqa bir FTB agentinin arvadı ilə eşqbazlıq edib.