Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıyacağı iddialarına verdiyi reaksiya Tel-Əviv tərəfindən kəskin etirazla qarşılanıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı İsrailin Xarici İşlər naziri Emanuel Nahson açıqlama verib:
“Ərdoğan istəyir tanısın, istəyirsə yox. Qüds yəhudilərin 3 min illik, İsrailin də 70 illik paytaxtıdır”.
İsrailin Təhsil naziri Naftali Bener də Ərdoğanın fikirlərinə sərt reaksiya göstərib:
“Təəssüflər olsun ki, Ərdoğan son illərdə İsrailə hücum etmək üçün fürsət axtarır. İsrail Qüdsün paytaxt seçilməsi üçün bütün işlərini davam etdirməlidir. Hər zaman tənqid edəcək kimsə tapılır. Qüdsə sahib olmaq Ərdoğanın sevgisini qazanmaqdan daha yaxşıdır”.
Qeyd edək ki, Ərdoğan Türkiyənin İƏT-in dönəm rəhbəri olaraq məsələni yaxından təqib etdiklərini bildirib:
“Əgər belə bir addım atılsa, 15 gün ərzində İƏT liderlərinin İstanbulda təcili toplantısı keçiriləcək. Bu məsələ Türkiyə ilə İsrail arasında diplomatik əlaqələrin dayandırılmasına qədər gəlib çıxa bilər”.