16 Dekabr 2017 11:17
1 513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikaçılar Partiyasından olan senator Lindsi Qrem ABŞ-la Şimali Koreya arasında müharibə ehtimalının yüzdə yetmiş faiz olduğunu bildirib.

Teleqraf.com-un məlumatına görə, “Atlantik” jurnalına danışan senator deyib ki, Pxenyan yenidən nüvə sınağı həyata keçirəcəksə, müharibə ehtimalı 70 faiz olacaq: “Artıq zaman tükənir. Vəziyyət dəyişməsə, Tramp Şimali Koreyaya hücum etmək zorunda qalacaq”.

Senator qeyd edib ki, hərbi yol deyərkən Pxenyandakı rejimə qarşı geniş səpkili müdaxiləni nəzərdə tutur: “Ancaq Pxenyanla müzakirələrə hazırıq. Müharibədən qaçmaq üçün digər variantları düşünməliyik”.


Müəllif: Cavad

Oxşar xəbərlər