İranda qəsdən adamöldürmədə ittiham edilən daha bir məhkum ictimaiyyət qarşısında edam olunub.
Teleqraf.com xəbər verir ki, İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, 2012-ci ildə məişət zəminində baş verən davada 23 yaşlı gənci bıçaqlayaraq qətlə yetirən 36 yaşlı müttəhim Hadi Əsədlu Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində ictimaiyyət qarşısında dara çəkilib.
Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı məlumat yayılmayıb.