Səudiyyə Ərəbistanında qadınlar avtomobillə yanaşı, yük maşını və motosiklet də idarə edə biləcəklər.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə krallığın Nəqliyyat İdarəsinin qadınların sürücülük hüququ ilə bağlı açıqladığı yeni qaydalarda bildirilir.
Qeyd edək ki, bu ilin sentyabrında Səudiyyə Ərəbistanında qadınlara 2018-ci ilin iyunundan etibarən, avtomobil idarə etməyə icazə verildiyinə dair fərman imzalanıb.