19 Dekabr 2017 15:21
1 263
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda partlayış baş verib. Mənbələr partlayış baş verən ərazidən havaya tüstü qalxdığını görüb.

Teleqraf.com “Röyter” agentliyinə istinadən bildirir ki, partlayış Husilər Hərəkatının Ər-Riyada atdığı raket zərbəsi nəticəsində yaranıb.

Agentlik Səudiyyə hüquq-mühafizə orqanlarının hadisəni təsdiq etmədiyini qeyd edib.


Müəllif: Cavad