20 Dekabr 2017 13:44
818

Şirvan şəhərində itkin düşən bacı və qardaş tapılıb.

DİN Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, cari il avqustun 28-də Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbə sakinləri 24 yaşlı Ayşən Məmmədova və 6 yaşlı Davud Məmmədov evdən gedərək bir daha geri qayıtmayıblar.

Bundan narahat olan ailəsi onların tapılması üçün Şirvan ŞPŞ-nə müraciət edib.

Şirvan ŞPŞ-nin Cinayət-axtarış bölməsi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən bacı və qardaş dünən Bərdə rayon ərazisindən tapılaraq ailə üzvlərinə təhvil verilib.


Müəllif: Teleqraf.com