ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Tereza Meylə telefon danışığı aparıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, gələn ilin fevralında Britaniyaya səfər edəcəyini bildirib.
Səfər çərçivəsində Tramp ABŞ-ın Britaniyadakı səfirliyinin yeni binasının açılışında iştirak edəcək və Mey ilə təkbətək görüş keçirəcək.
Ancaq Tramp Britaniya kraliçası II Yelizaveta ilə görüşə bilməyəcək. Buna səbəb Trampın Britaniyaya rəsmi deyil, işgüzar səfərə gəlməsidir.