22 Dekabr 2017 18:47
1 476
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən sadiq bir rusofiləm".

Teleqraf.com xəbər verir ki, bunu İngiltərənin xarici işlər naziri Boris Conson Moskvada həmkarı Sergey Lavrovla görüşdən sonra birgə mətbuat konfransında bildirib.

İki ölkə arasındakı münasibətlərin səviyyəsinin aşağı olduğunu etiraf edən V.Conson münsibətlərdəki problemlərin həlli üçün tərəflərin yollar axtardığını deyib.

"Təəssüf ki, Qərb ölkələrində keçirilən seçkilərə Rusiyanın müdaxiləsinə dair bir sıra sübutlar ortaya çıxıb. Almaniya, Danimarka, Fransa, ABŞ-dakı seçkilərdə Rusiyanın müdaxiləsinin olmasına dair çox sayda sübutlar var. Amma İngiltərədəki seçkilərə Rusiyanın müdaxiləsinə dair heç bir sübut tapılmayıb".

Conson Ukrayna, Pribaltika ölkələri və Çeçenistandakı insan haqlarının vəziyyətilə bağlı Rusiya ilə İngiltərə arasında fərqli düşüncənin olduğunu diqqətə çatdırıb: "Bu problemləri həll edərək daha yaxşı nöqtəyə gətirəbiləcəyimizə inanırıq".

Qeyd edək ki, B.Consonun Rusiya səfəri son beş ildə İngiltərənin xarici işlər naziri səviyyəsində ilk dəfə reallaşıb. İki ölkə arasındakı münasibətlər 2014-cü ildə yaşanan Ukrayna böhranına görə olduqca aşağı səviyyəyə enmişdi.


Müəllif: Teleqraf.com