22 Dekabr 2017 23:34
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzza zolağındakı qarşıdurmalarda daha bir insan həyatını itirib.

Teleqraf.com xəbər verir ki, İsrail təhlükəsizlik qüvvələri ilə baş verən qarşıdurmada 24 yaşlı fələstinli həlak olub.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, insident zamanı açılan atəş nəticəsində daha 6 fələstinli yaralanıb.

Bildirilir ki, İsrailin hüquq-mühafizə orqanları fələstinlilərə qarşı həqiqi güllədən və gözyaşardıcı qazdan istifadə edir.


Müəllif: Teleqraf.com