BMT Nelson Mandelanın doğumunun 100-cu ilini “Sülh zirvəsi” keçirməklə qeyd edəcək.
Teleqraf.com xəbər verir ki, bu məqsədlə BMT 2018-ci ilin sentyabrında “Sülh zirvəsi” adlı tədbir keçirmək qərarı verib.
Tədbirdə Nelson Mandelanın keçdiyi həyat yolu xatırlanacaq və və dünyada sülh mövzusu müzakirə ediləcək.
Tədbirdə BMT rəsmiləri, üzv dövlətlərin nümayəndələri və Afrika Birliyi Konqresinin üzvləri iştirak edəcək.
Konfransda uzun illər boyu Cənubi Afrikada irqçiliyə qarşı mübarizə aparan Mandelanın xatirəsinə irqçilik, insan haqları, cinsi bərabərlik kimi mövzularda diqqətə alınacaq.