24 Dekabr 2017 14:00
1 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanında korrupsiyaya qarşı mübarizə çərçivəsində həbs edilən çoxsaylı şahzadə və dövlət adamlarından azadlığa çıxması üçün pul tələb edildiyi yeni söhbət deyil.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, həbsdə olan dünyanın 50 ən varlı adamı siyahısına düşən şahzadə Əl-Vəlid bin Talalın azadlığa buraxılması üçün ondan böyük məbləğdə pul istənilib.

Adının çəkilməsini istəməyən mənbə iddia edib ki, şahzadənin azad edilməsi üçün ondan 6 milyard dollar tələb edilir.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər