25 Dekabr 2017 11:01
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzza sektoru və İordan çayının qərb sahilində aparılan reydlər zamanı 29 fələstinli saxlanılıb.

Teleqraf.com xəbər verir ki, "Yerusəlim Post" qəzeti bu gecə iki ayrıca reydin keçirildiyini bildirib.

Fələstinlilərdən 7-si Qusra kəndində, 22-si isə Qəzza sektorunda saxlanılıb. İsrail tərəfi onların terrorçuluqda şübhəli bilindiyini açıqlayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Yerusəlimi İsrailin paytaxtı kimi tanımasından sonra İsrail-Fələstin qarşıdurması zamanı 13 fələstinli həlak olub.


Müəllif: Nahid