Türkiyə prezidenti Rəcəb Teyyib Ərdoğanın Afrika turnesi davam edir.
Teleqraf.com xəbər verir ki, Sudan, Çad və Tunisdə səfərlərdə olan Ərdoğan kçirdiyi görüşlərdə FETÖ-nün bu ölkələrdəki rıçaqlarının aradan qaldırılmasını həmkarlarından xahiş edib.
Çad prezidenti İdris Debi Ərdoğanda görüşündə Gülən məktəblərinin bağlanacağına söz verib.
Keçirilən brifinqdə Ərdoğan İdris Debiyə təşəkkürlərini bildirib: "FETÖ-nü terror təşkilatı olaraq elan etdiyi üçün cənab İdris Debiyə təşəkkür edirəm"