ABŞ Prezidenti Donald Trampın 2017-ci ildə son qurbanı ABŞ-ın sabiq prezidentinin həyat yoldaşının xatirəsini yaşadan 200 illik tarixi manoliya ağacı olub.
Teleqraf.com xəbər verir ki, ABŞ prezidentinin xanımı Melaniya Tramp Ağ Evin bağçasındakı həmin ağacın kəsilməsi barədə göstəriş verib. O, buna səbəb kimi ziyarətçilərin təhlükəsizliyini əsas gətirib.
Cekson adı verilən manoliya ağacını 1865-1869-cu illərdə ABŞ prezidenti Andreu Conson vəfat edən həyat yoldaşının xatirəsinə əkib.
Melaniya Trampın mətbuat katibi Stefani Qrişem bəyan edib ki, birinci ledi Melaniya Tramp prezidentin helikopteri havaya qalxanda ağacın onun ətrafında duran media nümayəndələri və ziyarətçilərə təhlükə yaratdığı üçün onun kəsilməsini tapşırıb.
Birinci xanım eyni yerdə yeni ağac əkilməsinə də göstəriş verib.
Qərb mediası qeyd edir ki, manoliya ağacı çoxsaylı tarixi hadisələrə şahidlik edib. Ağaç ABŞ-da vətəndaş müharibəsi, I və II Dünya müharibələrinə şahidlik edib.