29 Dekabr 2017 09:34
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin “Kanal 10” televiziyası ABŞ-ın Fələstin rəhbərliyi ilə bağlı yeni planının olduğunu iddia edib.

Teleqraf.com xəbər verir ki, iddiaya görə, ABŞ Prezidenti Donald Tramp Fələstin rəhbəri Mahmud Abbası istefaya göndərməyə hazırlaşır.

Buna səbəb son günlər Vaşinqtonla Ramallah arasında yaşanan gərginlikdir. Məlumatlara görə, Mahmud Abbası İsraillə əməkdaşlıq edən muzdlu qatil Məhəmməd Dahlan və ya Fələstinin sabiq baş naziri Salam Fəyyasın əvəz edəcəyi ehtimal olunur.

Mahmud Abbası Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman da təhdid edib:

“ABŞ-ın yeni sülh planını qəbul etməsə, Abbas əvəzlənəcək”.

ABŞ prezidentinin Mahmud Abbası hansı üsullarla “yola salamağa” hazırlaşdığı açıqlanmır.


Müəllif: Samir

Oxşar xəbərlər