30 Dekabr 2017 15:56
1 850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Suriyadakı əsas güc mənbəyi hesab olunan Lazkiyə bölgəsindəki Hmeymim hərbin hissəsinə bu həftə 3 raket atılıb.

Teleqraf.com xəbər verir ki, bu fakt Moskva ilə Vaşinqton arasında gərgin olan münasibətləri bir qədər də pisləşdirib.

Rəsmi Moskva hərbi bazaya atılan raketlərin ABŞ-ın təlim keçdiyi müxalifətə verilmiş silahlardan olduğunu iddia edib. Sözügedən hadisə dekabrın 27-də baş verib.

Raket hücumu haqqında Rusiya Müdafiə Nazirliyi əvvəlcə səssiz qalıb, qərara alınıb ki, bu məsələ hərbi və diplomatik yollarla qaydaya salınsın.

Suriyadakı Rusiya hərbi hissəsinə raket hücumu haqda ilk dəfə “Əl Masdar” qəzeti məlumat yayıb. Qeyd edilib ki, hərbi hissəyə 3 raket atılıb. Ruslar iki raketi havada vurub, üçüncü isə düşmədən az öncə zərərsizləşdirilib.

Suriyadakı rus hərbi bazasına raket hücumu müdafiə naziri Sergey Şoyqunun “Hmeymin və Tatrus ən azı 25 il Rusiyanın hərbi bazası olacaq” bəyanatından sonra baş verib.

Dumanın deputatı Frants Klintseviç isə deyib ki, raket hücumu ABŞ-ın yenidən hərbi təlim keçdikdən sonra İŞİD terrorçularını üzərimizə göndərəcəyini göstərir.


Müəllif: Cavad

Oxşar xəbərlər