Misir daxili işlər nazirliyinin xüsusitəyinatlıları ölkədə terror aktı törətmək istəyən 3 nəfəri məhv edib.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, əməliyyat zamanı daha 10 nəfər saxlanılıb.
Əməliyyat Giza, Əl-Fayum və Kəlyubiyyə əyalətlərində həyata keçirilib. Ölən və saxlanılanların "Müsəlman qardaşları" təçkilatının silahlı qanadı olan "Xasm" qruplaşmasının üzvləri olduğu bildirilir. Onların Yeni il ərəfəsində turizm obyektlərində terror aktı törətməyə hazırlaşdıqları qeyd olunur.