7 Yanvar 2018 09:59
2 487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən yaxşı döyüş helikopterlərinin siyahısı dərc edilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, siyahıya Z-10 helikopteri ilə Çin rəhbərlik edir.

Bu helikopterlər 23 millimetrlik avtomatla təchiz olunub və yarım ton ağırlığında raket daşıma qabiliyyətinə malikdir.

İkinci yerdə "Uçan tank" adlanan, Rusiya istehsalı Mil Mi-24 helikopteridir. Xüsusi zireh helikopterdəki insanları bioloji, nüvə və kimyəvi silahın hücumundan qoruya bilir.

Üçüncü yerdə Cənubi Afrikanın istehsal etdiyi AH-2 Rooivalk helikopteridir. Helikopter istənilən silahla təchiz oluna bilir.

4-cü yerdə ABŞ istehsalı AH-1v super kobra helikopteridir. Bu vertolyotlar yüksək performansı və atış gücü ilə digərlərindən seçilir.

Beşinci sırada Türkiyə və İtaliyanın birgə istehsal etdiyi T-129 ATAK helikopteridir. 1995-ci ildən hazırlanmasına başlanıb və 2014-cü ildə Türkiyə Silahlı Qüvvələrinə verilib.


Müəllif: Samir