Türkiyənin tanınmış tarixçisi, professor İlber Ortaylı Türkiyədəki Amerika sevgisinin dünyada analoqunun olmadığını bildirib.
Teleqraf.com xəbər verir ki, İ.Ortaylı Avropada Amerikanın Türkiyədəki kimi sevilmədiyini iddia edib.
"Orta məktəbi bitirəndən sonra ABŞ-da təhsil almağa getmək çox yanlışdır. Məktəbi bitirən uşaqları Amerikaya yollamayın, deyirik. Onlar təzə fidanlardır. 18 yaşlı türk çocuğu, kimsə qusura baxmasın, yetişdirmə tərzimizdәn dolayı axmaqdır. Yaşlı-yaşlı insanlar "Qrin kart" aldılar deyə sevinirlər. Çox ayıb bir şeydi bu. Bunu Avropada görə bilməzsiz. Avropada Amerikaya köçmək istəyənlər aşağı təbəqənin nümayəndələridir. Avropada kimsə Amerikaya getdiyi üçün sevinməz".