10 Yanvar 2018 01:59
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp 23-26 yanvar tarixlərində İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumuna qatılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Ağ Evin sözçüsü Sarah Sanders Trumpın ABŞ-ın iqtisadi maraqları baxımından bu cür forumlara qatılmağı məqsədəuyğun saydığını bildirib: "Prezident builki Dünya İqtisadi Forumunda Amerikanın iqtisadi siyasəti barədə danışmağı səbirsizliklə gözləyir".

Xatırladaq ki, ABŞ prezidentlərindən Dünya İqtisadi Forumuna sonuncu dəfə 2000-ci ildə Bil Klinton qatılıb. Sonrakı prezidentlər Corc Buş və Barak Obama isə foruma nümayəndə göndərməklə kifayətlənmişdilər.


Müəllif: Ayxan

Oxşar xəbərlər