Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, tərəflər Suriyadakı vəziyyəti, eyni zamanda qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.
Xatırladaq ki, Gerasimovla Danford arasında son telefon danışığı ötən ilin dekabrın əvvəlində olub. Generallar Suriya və onun ətrafındakı vəziyyət haqqında fikir mübadiləsi aparıblar.