Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Rusiya XİN rəhbəri Sergey Lavrov arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Türkiyə mediası məlumat yayıb.
Telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.
Nazirlər İdlibdə baş verən son hadisələri müzakirə ediblər.
Qeyd edək ki, gecə saatlarında Türkiyə və Rusiya prezidentləri arasında baş tutan görüşdə də bu məsələ ətrafında fikir mübadiləsi aparılmışdı.