15 Yanvar 2018 17:46
1 348
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail tərəfi Oslo razılaşmasını pozub. Bu səbəbdən yenidən danışıqlar masasına oturmalıyıq.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Fələstin rəhbəri Mahmud Abbas deyib.

O bildirib ki, Şərqi Qüds Fələstinin paytaxtıdır və bu məsələ 1967-ci il sərhədləri daxilində iki dövlət tərəfindən həll edilməlidir.

Mahmud Abbas adını açıqlamadığı ərəb ölkəsinin ona pul təklif etdiyini açıqlayıb:

“Həmin dövlətin rəsmi nümayəndəsi Fələstin məsələsini həll etməzdən əvvəl İsrail ilə münasibətləri normallaşdırmaq üçün külli miqdarda pul təklif etdi”.


Müəllif: Samir

Oxşar xəbərlər