31 Yanvar 2018 18:06
1 970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın Kaliforniya ştatında 12 yaşlı uşağının yoxa çıxması ilə on illərlə yoxluğu müəmmaya çevrilən 4 qadının kim tərəfindən öldürüldüyü bəlli olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu şəxsləri vəhşicəsinə öldürən fotoqraf Rodni Alkala olub.

Maraqlıdır ki, Alkala silsilə qətllər törətməklə dayanmayıb, eyni zamanda onların fotolarını çəkib. Onun arxivindən qurbanlarına məxsus yüzdən çox foto çıxıb.

Polis 1970-ci illərdə yoxa çıxan ən azı dörd xanımın fotolarını mətbuatda yayıb.

Faktlar ortaya çıxdıqdan sonra bəlli olub ki, fotoqraf Alkala Amerikanın seriall qatili kimi tanınan Ted Bundiyi belə geridə qoyub.

Aranj Konti Məhkəməsində ortaya çıxan sübut və dəlillərdən bəlli olub ki, fotoqraf bir xanımı öldürmək üçün çəkicdən istifadə edib.

Digər qurbanlarını isə hüşunu itirənə qədər boğub, qurbanlar özünə gəldikdə isə təkrar onların boğazından yapışaraq boğmağa çalışıb. Beləcə, bu əzabverici prosesi qurbanlar üzərindən təkrar-təkrar həyata keçirib.

Ən dəhşətlisi odur ki, qatil öldürdüyü xanımların çılpaq fotolarını belə çəkib.

Qatilin çəkdiyi fotoları təqdim edirik.


Müəllif: Cavad