12 Fevral 2018 20:13
1 895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreyada keçirilən Qış Olimpiya Oyunlarında əsas diqqət Şimali Koreya vətəndaşlarına yönəlib.

Teleqraf.com xəbər verir ki, bir-birinə düşmən münasibətdə olan iki dövlətin eyni millətdən olan nümayəndələri uzun illər qarşılıqlı səfərlər edə bilməyiblər.

Şimali Koreyadan olan 200-dən artıq azarkeş qız idmançılarına dəstək olmaq məqsədilə Pxençan şəhərinə gəliblər. Gimnastlar
ilk olaraq hokkey yarışı üzrə Şimali Koreya- İsveçrə (0-8) qarşılaşması zamanı meydançaya çıxıblar.

Şimallılar canlı şouları ilə cənubluları kölgədə qoymağı bacarıblar. Şimali Koreyada gimnast olmaq üçün bir neçə sınaqdan keçməli olursan.

Məsələn, qızların gözəl olmaları ilə bərabər, vətənə bağlılıqları da əsas götürülür. Onların tərcümeyi-halları ciddi araşdırılır. Valideynləri ilə fərdi söhbətlər edilir. Boyları 1,65-dən aşağı, yaşları isə 25-dən yuxarı olmamaq şərtilə qızlar tələbələrdən seçilir. Onların yaponlarla, ölkəni tərk etmiş şəxslərlə əlaqələri öyrənilir.

Kim Çen İnin həyat yoldaşı da 2005-ci ildə keçirilmiş Asiya Atletika Çempionatında idmançı kimi iştirak edib. Bu ölkədə gözəl qadınların imkanlarından siyasi məqsədlər üçün istifadə halları geniş yayılıb. Şimali Koreyanı Olimpiya oyunlarında 24 nəfər təmsil etsə də, "gözəllər ordusu"nda 230-a yaxın qız var.

Pxenyanın məqsədi gözəl qızlar vasitəsilə ölkə haqqına müsbət təsəvvürlər formalaşdırmaqdır. Qızlara ölkələrinə qayıtdıqdan sonra Cənubi Koreya haqqında danışmaq qadağan olunub. Cənubi Koreyaya sığınmamaları üçün onlar ciddi nəzarət altında saxlanılırlar.

Şərtləri pozan gözəlləri ağır cəza gözləyir.


Müəllif: Ruslan

Oxşar xəbərlər