Şərqi Hindistanın Bihar şəhərində yaşayan 21 yaşlı Geta adlı qadının gözündən qan gəlir.
Teleqraf.com xəbər verir ki, 10 milyondan bir nəfərdə rast gəlinən hematohidroz xəstəliyindən əziyyət çəkən qadın tərləyəndə də bədənindən su əvəzinə qan axır. Bu səbəbdən həyat yoldaşı ötən il ondan ayrılıb. Əri onun cadugər oldğunu iddia edib. Nadir rastlanan xəstəlik gənc qadının həyatını alt-üst edib.
Anası qızının tərləyəndə gərginlik və qorxu hissi keçirdiyini deyir.