Pakistanda 6 yaşlı qız uşağına təcavüz edib öldürən qatilə edam cəzası kəsilib.
Teleqraf.com xəbər verir ki, Zeynəb Ənsarini qaçıraraq təcavüz edən və boğaraq öldürən şəxs haqqında məhkəmə 4 dəfə edam cəzası kəsib.
Məhkəmədə qatil İmran Əli cinayətini etiraf edib. Bundan sonra onun vəkili məhkəmə prosesindən geri çəkilib.
Xatırladaq ki, Zeynəbin cəsədi yanvarın 9-da Pakistanın Lahor əyalətinin cənubunda Kasur kəndində tapılıb. Bundan sonra ciddi etiraz aksiyaları keçirilib və hətta iki etirazçı dünyasını dəyişib.