Suriya Prezidenti Bəşər Əsədin sözçüsü Buseyna Şaban Moskvada keçirilən “Valday” qrupunun iclasında çıxış edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Türkiyəni “işğalçı dövlət” adlandırıb:
“Türkiyə Astana danışıqlarından istifadə edərək, Suriyanı işğal edir. İşğal dayandırılmalıdır. Ankara Astana danışıqlarına əməl etmir. Suriya ABŞ, İsrail və Türkiyədən gələn bütün hücumlara cavab verəcək”.