6 Avqust 2014 23:53
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyat nəticəsində 1800-dən çox fələstinli həlak olub.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu BMT Baş katibi Pan Qi Mun Baş Assambleyanın Fələstindəki vəziyyətə həsr edilmiş qeyri-formal iclasında deyib.

"1800-dən çox fələstinli öldürülüb. Onların əksəriyyətini mülki vətəndaşlar, o cümlədən qadın və uşaqlar təşkil edir. İsrail isə 3 dinc sakin və 6 hərbçisini itirib”, deyə Pan Qi Mun bildirib.

Baş katib qeyd edib ki, İsrail vətəndaşlarını müdafiə etmək üçün "qanuni hüququ" anlayır.

Bununla belə, Pan Qi Mun Qəzzada BMT obyektlərində sığınacaq tapan fələstinlilərin atəşə tutulmasını “qəbuledilməz və yersiz" adlandırıb.


Müəllif:

Oxşar xəbərlər