Şimali Koreya lideri Kim Çen İnin balaca bacısı Kim Yo Çjonun hamilə olduğu üzə çıxıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı ABŞ kəşfiyyatı məlumat verib.
Bildirilib ki, 31 yaşlı qadının 2-ci övladı dünyaya gələcək.
Qeyd edək ki, Yo Çjon Cənubi Koreyanın Pxençan şəhərində keçirilən Qış Olimpiya Oyunlarında Şimali Koreya nümayəndə heyətinə rəhbərlik edir.