ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniyanın valideynləri ABŞ vətəndaşı olacaqlar.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Melaniyanın vəkili Maykl Ualds açıqlama verib.
O bildirib ki, Trampın qayınatası və qayınanası hazırda ABŞ-da yaşayır.
Qeyd edək ki, Melaniyanın valideynləri Sloveniya vətəndaşıdırlar.