Eks-prezident Leonid Kuçma Ukraynanın heç zaman mükəmməl dövlət olmadığını, ölkə xalqının isə bu gün dəhşətli vəziyyətə düşdüyünü bildirib.
Teleqraf.com xəbər verir ki, Ukraina.ru-ya müsahibə verən Leonid Kuçma daha sonra deyib:
“Ukrayna sözün əsl mənasında dövlət olmayıb, ukraynalıların bugünkü vəziyyəti isə dəhşətlidir. Bizim borcumuz ümumdaxili məhsulun 75 faizini təşkil edir. Bu dəhşətdir. Bəs bu borcu kim ödəyəcək? Əgər Beynəlxalq Valyuta Fondu pul verməsə, defolt elan olunacaq?”
Siyasətçi əmin olduğunu bildirib ki, ölkəni bu vəziyyətə Ali Radanın deputatları və hakim elitası gətirib çıxarıb. Kuçma əlavə edib ki, bu gün siyasətçilər əhalinin maddi vəziyyətini və milli iqtisadiyyatı unudub qarşıdakı prezident və parlament seçkiləri haqqında danışırlar.