26 Fevral 2018 13:49
2 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Suriyaya yeni Su-57 qırıcıları göndərməsi faktı bir daha gündəmə gəlib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı İsrailin “Haaretz” qəzeti məlumat yayıb.

İsrail kəşfiyyatına istinadla yayılan məlumatlarda Rusiyanın səssiz-səmirsiz yeni istehsalı olan və radarlara yaxalanma riski zəif olduğu üçün “kabus” adı verilən qırıcılarının görüntüləri də yer alıb.

Qırıcıların Suriyadakı döyüşlərdə iştirak edib-etməyəcəyi məlum deyil.


Müəllif: Samir