Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, telefon danışığı zamanı liderlər Suriyadakı son hadisələr və ikitərəfli münasibətlər məsələləri ətrafında fikir mübadiləsi aparıb.
Ərdoğan Afrində keçirilən “Zeytun budağı” hərəkatı ilə bağlı fransız həmkarını məlumatlandırıb. O, əməliyyat zamanı dinc sakinlərin zərər görməməsi üçün bütün tədbirlərin görüldüyünü bildirib.
Tərəflər BMT Təhlükəsizlik Şurasının Suriyada 30 günlük atəşkəs ilə bağlı qərarını müsbət qiymətləndiriblər.