Rəsmi Praqa PYD-nin sabiq həmsədri Saleh Müslümü Türkiyəyə təhvil verməyə hazır olduqlarını bəyan edib.
Teleqraf.com xəbər verir ki, Saleh Müslüm azadlığa buraxılmasına görə Türkiyənin etirazlarına reaksiya verən Çexiya Xarici İşlər Nazirliyi "əgər Türkiyə Saleh Müslümün təhvil verilməsini istəyirsə, bunu hüquq çərçivəsində dəyərləndirə bilərik", deyə bəyan edib.
Açıqlamada qeyd olunur ki, Çexiyanın terroru dəstəklədiyinə dair iddialar qəbuledilməzdir: "Saleh Müslümün azad edilməsi ölkələrarası hər hansı anlaşmanı pozmayıb"
Qeyd edək ki, Türkiyənin qırmızı bülletenlə axtarışa verdiyi Saleh Müslüm bu gün Praqa məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.
Türkiyə XİN məhkəmənin qərarını pisləyib.