Türkiyənin Afrində keçirdiyi “Zeytun budağı” hərəkatına ağır zərbələr alan YPG terrorçularına daha bir ölkədən dəstək çağırışı gəlib.
Teleqraf.com xəbər verir ki, “Yerusəlim Post” qəzetinin yazarı Raçel Avraham İsrailin ABŞ ilə birgə YPG silahlılarına dəstək etməli olduğunu bildirib.
Onun sözlərinə görə, İsrail və ABŞ YPG-yə hava hücumları ilə dəstək verməlidir:
“Əgər bu baş versə, bölgədəki status-kvo həm ABŞ-ın, həm də İsrailin lehinə dəyişə bilər”.