Böyük Britaniya kraliçası II Yelizavetaya qarşı sui-qəsd cəhdi ilə bağlı Yeni Zelandiya kəşfiyyatı maraqlı məlumat yayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, məlumatda hadisənin 1981-ci ildə kraliçanın Yeni Zelandiyaya səfəri zamanı baş verdiyi xatırladılıb.
Avtomobilindən enən kraliçaya 17 yaşlı Kristofer Lyuis üzərindəki silahdan atəş açıb.
Hadisə zamanı kraliçanı müşayiət edən keşişlərdən biri ölüb. Lyuis ittihamları rədd edib. Qanunsuz silah əldə etmə maddəsi ilə cinayət işi başlanıb və o, həbs olunub. Hadisədən 10 il sonra Lyusiə qarşı qətl maddəsi ilə növbəti ittiham irəli sürülüb. O, uzun sürən istintaq prosesi zamanı, 1997-ci ildə müəmmalı şəkildə həbsxanada ölüb.
Lyuisin ölümündən sonra istintaq prosesi dayandırılıb.