Şimali İraqa girən İŞİD yaraqlıları ilə peşmərgələr arasında toqquşmalar davam edir
Teleqraf.com “Sabah”a istinadən xəbər verir ki, İŞİD yaraqlıları Şimali İraqda PKK terror təşkilatının nəzarətində olan Mahmur düşərgəsinə tərəf hərəkət edir.
İndi isə İraq Kürd Regional Rəhbərliyi (İKRR) ilə birlikdə Türkiyə hökuməti hərəkətə keçib. Belə ki, kəşfiyyat üçün Türkiyə qırıcıları Şimali İraqın hava sahəsinə uçublar. 24 saat ərzində pilotsuz təyyarələr və F-16 göndərən Türkiyə Silahlı Qüvvələri bölgədə baş verənləri anbaan izləyir.