7 Mart 2018 14:20
1 376
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya sanksiyaların öhdəsindən asanlıqla gəlir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Daniel Kouts deyib.

O bildirib ki, sanksiyalara baxmayaraq, Rusiya Qərblə əlaqələri genişləndirir.

Koutsun fikrincə, bu il Rusiya ABŞ-a qarşı daha dağıdıcı kiberəməliyyatlar həyata keçirəcək.

Onun sözlərinə görə, Vladimir Putinin yeni prezidentlik dövründə Rusiya aqressiv və işğalçı xarici siyasətini davam etdirəcək.


Müəllif: Samir

Oxşar xəbərlər