Türkiyənin Bodrum şəhərində qadın ticarətinə yönəlik əməliyyat çərçivəsində həbs edilən 15 şübhəli barəsində “təşkilat iyerarxiyası daxilində fahişəliyin yayılması” maddəsi ilə cinayət işi açılıb.
Teleqraf.com Türkiyə KİV-inə istinadla xəbər verir ki, fahişəlik məqsədilə qadın alveri ilə məşğul olanlarla bağlı 15 müxtəlif ünvanda araşdırma aparılıb. Qırğız, qazax, özbək və rus kökənli 18 qadını Bodrumda fahişəliyə cəlb edən təşkilat üzvləri saxlanılıb. İstintaq çərçivəsində şübhəlilərin vatsapp yazışmalarında müştərilərə əcnəbi qadınların fotolarını “Bodrumda həftənin 7 günü 24 saat bütün heyət məmnunluğunuz üçün hazırdır” başlığı ilə göndərərək bu işi təşkilati şəkildə həyata keçirdikləri bəlli olub.
25-30 yaşlarında 18 əcnəbi qadın deport edilib və bütün şübhəlilər barəsində təşkilat iyerarxiyası daxilində fahişəliyin yayılması maddəsi ilə araşdırmaya başlanılıb. İstintaq nəticəsində məlum olub ki, şübhəlilər əyləncə sektoru ilə məşhur olan Gümbərt məhəlləsində 3 otel və 1 bina rəhbərlikləri arasında anlaşma əldə ediblər.