BMT Təhlükəsizlik Şurası Böyük Britaniyanın Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsi ilə bağlı qapalı iclas keçirir.
Teleqraf.com xəbər verir ki, tədbir Böyük Britaniyanın təşəbbüsü ilə keçirilir.
Qeyd edək ki, martın 5-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızı Yuliya Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Hadisə Böyük Britaniya ilə Rusiya arasında siyasi gərginliyə səbəb olub.